Loading

Milli Öndərimiz Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlər üzərində qurulmuş, dünya birliyində layiqli yerini tutan müasir Azərbaycan bəxş etdi. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər Ümummilli liderimiz Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı sayılır.

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı.

Hər dəfə Ulu Öndərimiz, xalqımızın sevimli və fədakar oğlu Heydər Əliyev haqqında düşünəndə ürəklərimiz sevinclə və sonsuz iftixar hissi ilə coşur. Hər şeydən əvvəl ona görə ki, biz indi bu böyük şəxsiyyətin yaratdığı azad ölkənin vətəndaşlarıyıq.

 

Sona Haxıyeva,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir