Neftçala RİH-nin və YAP-nin Neftçala rayon təşkilatının təşkilatçılığı ilə “Azər Yod” MMC-də Kimyaçılar günü qeyd olunub.

Bizimneftcala.info xəbər verir ki, Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH- məsul şəxsləri, Azər Yod MMC-nin baş direktoru, YAP-nın, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və işçi kollektivi iştirak edib.

İlk öncə zavod ilə geniş tanışlıq təşkil olunub və yod istehsalı ərazisinə baxış keçirilib.
Çıxış edən “Azər Yod” MMC-nin baş direktoru Rəşad Xəlilov və YAP-nın Neftçala rayon təşkilatının sədri “Azər Yod” MMC haqqında tədbir iştirakçılara geniş məlumat verib, əməkdaşların partiya sıralarında göstərdikləri fəallıqları qeyd olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Kimyaçılar günü münasibətilə “Azər Yod” MMC-nin əməkdaşlarını təbrik edib, Azərbaycanda yeganə yod zavodu olan “Azər Yod” MMC-nin regionumuz üçün vacib amil olduğunu diqqətə çatdırıb və kollektivə çətin işlərində uğurlar arzulayıb.

“Azər Yod” MMC-nin baş direktoru Rəşad Xəlilov və bir neçə əməkdaş Fəxri Fərman, xatirə hədiyyələri ilə təltif olunublar.

“Azər Yod” MMC-nin əməkdaşları ilə xatirə şəkili çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir