44 günlük Vətən Müharibəsi əminliklə deyə bilərik ki, nəinki Ölkəmizin, hətta bütün regionun həyatında yeni dövrün başlanğıcını qoydu. 30 ilə yaxın istifadəsiz, səmərəsiz zona hesab edilən Qarabağ zonası Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyanın maraq dairəsinə düşmüş ərazidir. Düşmənin işğalda saxladığı tamamilə məhv etdiyi, dağıtdığı ərazi bu gün böyük tikinti, quruculuq meydançasını xatırladır. Müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq burada reallaşdırılan layihələr insanı riqqətə gətirir. Qətiyyətlə deyə bilərik ki, Ölkəmizin həyatında postmünaqişə dövründə yeni dövr-quruculuq, bərpa dövrü başlayıb. Əlbəttə ki, yeni dövrün münasibətlərini Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi şərtləndirdi. Görünən odur ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin həyata keçirilməsi məqsədli və sistemli şəkildə, yüksək templə həyata keçirilməkdədir. Əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması Ölkəmiz üçün yeni çağırışların formalaşmasını, yeni vəzifə, missiya və prioritetlərin müəyyənləşdirilməsini zəruri edir. Bu əsas vəzifələrdən, missiyalardan biri məhz azad olunmuş torpaqalara “Böyük Qayıdış”ın reallaşdırılmasıdır. Bu mənada Ölkəmizin əsas missiyalardan biri də işğaldan azad edilmiş və tamailə dağıdılmış ərazilərimizin bərpası işini həll etmək və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün əlverişli şəraitin yaradılmasını təmin etməkdir. Bu mənada artıq həmin ərazilərdə ilk növbədə infrastrukturun yaradılması, dövlət orqanlarının fasiləsiz işinin və xidmətlərinin təşkil olunması, əhalinin mənzil-məişət ehtiyaclarının qarşılanması üçün genişmiqyaslı tikinti və bərpa işlərinə başlanılmışdır. Erməni vəhşiliyinə vandalizminə məruz qalmış bütün şəhər və kəndlərimizin bərpası və orada olan potensialdan səmərəli istifadə gələcək üçün sürətli inkişaf vəd edir. Beləliklə, ərazilərimizin azad edilməsi Azərbaycan mövcud potensialını əhəmiyyətli dərəcədə arıtıracaq və Ölkəmizə ciddi iqtisadi-siyasi dividendlər qazandıracaqdır.

Neftçala rayon sakini Əliheydər Qarayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir