Salyan rayon sakini Kür çayında boğularaq vəfat edib. Bizimneftcala.info xəbər verir ki, ötən gecə Kür çayında 2006-cı il təvəllüdlü Salyan rayon sakini Baxışov Emin Əziz oğlunun və digər 2 nəfərin olduğu qayıq çevrilib. 2 nəfər xilas olsa da, E.Baxışovun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir