Loading

Dekabr ayının 24-də, özünün doğum günündə Müzəffər Prezidentimiz cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etdi. Həmin gündən etibarən Qarabağın Azərbaycanlı İcmasının binası Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu hadisə sözsüz ki, siyasi, tarixi və rəmzi məna daşıyır. Eyni zamanda Azərbaycanın bölgədə yaratdığlı yeni reallıqları bir daha göz önünə gətirir. Prezidentimiz Qərbi Azərbaycan İcmasının nümayən­dələri ilə görüşündəki çıxışında bu reallığı özünəxas üslubda bildirdi, Qərbi Azərbay­canın timsalında insanın doğma torpağa bağlılığına obraz qazandırdı, el-oba, yurd təşnəsinə ideoloji məzmun gətirdi. Prezidentin çıxışı Qərbi Azərbay­canın coğrafi anlayışdan çıxararaq, ideo­loji müstəviyə gətirilməsi idi. Azərbaycan Prezidenti Qərbi Azərbay­can İcmasının üzvləri ilə görüşündə ta­riximiz, bu günümüz və gələcəyimiz üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mesajlar verdi. Dövlətimizin başçısının bu fikrlərini öz doğum günündə səsləndirmə­si müstəsna məqamdır. Əlbəttə, xalqımız Prezi­dentin əvvəlki doğum günlərini qaçqın və məcburi köçkünlərlə keçirməsini, onlara Qarabağımızın azadlığı ilə bağlı ümidlər verməsini yaxşı xatırlayır. Liderimiz  yalnız ümid vermir, arzuları da reallaşdırır. Bu gün Qarabağ azaddır. Qərbi Azərbaycan da azad olacaq. Axı, bunu deyən hər kəl­məsini reallığa çevirən şəxsiyyətdir. Bu yerdə olduqca zəruri əlavəni etməkdə fayda var. Erməni tərəf gərək unutmasın ki, konstitusiyamıza görə, hazırkı Azərbaycan Respublikası 86.6 min kvadrat kilometrlik  Azərbaycan SSR-in yox, 114 min  kvadrat  kilometrlik Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisidir. Yəni ərazi bütövlüyü prinsipini iqnor eləməklə Ermənistan ən böyük pisliyi özünə edəcək. Erməni tərəf narahat olmaqla yanaşı, dövlət başçımızın Qərbi Azərbaycanla bağlı söylədiklərini də kontekstdən çıxartmağa, manipulyasiyalar etməyə cəhd göstərir. Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması, bunun ardınca onların torpaqlarımızı işğal etmək fikrinə düşməsi və öz hamiləri sayəsində bu mənfur arzularını gerçəkləşdirmələri real tarixdir və bu tarix yazılmalıdır.  Cənab Prezident İlham Əliyev bu görüşdə çox mühüm bir faktı da xatırlatdı. Bir vaxtlar azərbaycanlıların yaşadığı indiki Ermənistan adlanan ərazidən onların müxtəlif illərdə deportasiya olunması faktları məlumdur. Həmçinin, o da məlumdur ki, bu gün Göyçə, Vedi, Dərələyəz kimi kəndlərimizdə ermənilər yaşamırlar. Yəni həmin ərazilərdə vaxtı ilə Azərbaycanlıların yaşadırları kəndlər boşdur, onları xaraba qoyublar. Bu da azərbaycanlılarin Qərbi Azərbaycandakı torpaqlarına qayıtmasını labüd edir. Məxsusi olaraq qeyd edək ki, Prezident azərbaycanlıların Qərbi Azərbaycana yalnız sülh şəraitində yaşamaq üçün qayıdacağını bəyan edib. İnsanların öz ev-eşiklərinə geri dönməsi onların təbii haqqıdır və fundamental insan hüquqlarının ayrılmaz hissəsidir. Prezident İlham Əliyev Qərbi Azərbay­can naminə görüləcək işləri sistemləşdirir, bir növ, yol xəritəsi müəyyənləşdirir. Bu yol xəritəsinin adı isə Qərbi Azərbayca­na Qayıdış Konsepsiyasıdır. Dövlətimizin başçısı Konsepsiyanı Qarabağ münaqişə­si həll olunandan sonra gündəlikdə duran başlıca məsələ kimi vurğulayaraq bildirir ki, mövcud istiqamətdə vaxt itirməməliyik. Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyətini də açıqla­yır, onun sülhsevər məzmun daşımasının vacibliyini, beynəlxalq konvensiyalardakı müddəalara əsaslanmasının zəruriliyini diqqətə çatdırır. Prezident bildirir ki, Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, ikinci Böyük Qayıdış Proqramı da olacaq­dır. Bu məna­da Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır. Birgə fəaliyyə­timizlə, cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, bütün səylərimizi birləş­dirməklə, bu zamanı qısalda bilərik!.

 

Təhmasib Məlikov;

Neftçala rayon ziyalısı, Şəhid atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir