Neftçalada bədbəxt hadisə baş verib

BizimNeftcala.info xəbər verir ki, hadisə axşam saat 19:30 radələrində Neftçala rayonunun Astanlı kəndində baş verib. Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Ağalarov Mirabas Mirhüseyn oğlu həyətlərində qazdığı su quyusuna nasos qurmaq istəyərkən elektrik cərəyanı vurub. 

Faktla bağlı araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir