Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub:

Hüseynov Ramiz Ağəli oğlu – YAP Sumqayıt şəhər təşkilatı
Əliyev Abbas İslam oğlu – YAP Abşeron rayon təşkilatı
Quliyev Ayaz Sərvər oğlu – YAP Xızı rayon təşkilatı
Abdullayev Füzuli Tahir oğlu – YAP Ağsu rayon təşkilatı
Muradov Zaur Fazil oğlu – YAP İsmayıllı rayon təşkilatı
Qasımov Qasım Nurməhəmməd oğlu – YAP Qobustan rayon təşkilatı
Qasımlı Tural Şahnəzər oğlu – YAP Şamaxı rayon təşkilatı
Orucov Ramil Mayıl oğlu – YAP Gəncə şəhər təşkilatı
Heydərov Rövlan Nəsib oğlu – YAP Naftalan şəhər təşkilatı
Yolçuyev Meydanəli Binəli oğlu – YAP Daşkəsən rayon təşkilatı
İsmayılov Elçin Şəmil oğlu – YAP Goranboy rayon təşkilatı
İsayev Vüqar Sabir oğlu – YAP Göygöl rayon təşkilatı
Bayramov Gündüz Çankay oğlu – YAP Samux rayon təşkilatı
Əhmədov Rövşən Nağı oğlu – YAP Ağcabədi rayon təşkilatı
Quliyev Mansur Söhbət oğlu – YAP Ağdam rayon təşkilatı
Şadlinskaya Faqət Nəcəb qızı – YAP Bərdə rayon təşkilatı
Həşimova Almaz Ələkbər qızı – YAP Füzuli rayon təşkilatı
Əliyev Vahid Surxay oğlu – YAP Xocalı rayon təşkilatı
Hüseynov Vüsal Cavay oğlu – YAP Xocavənd rayon təşkilatı
Əliyev Təvəkkül Böyükkişi oğlu – YAP Şuşa rayon təşkilatı
Əsədov Eldar Garay oğlu – YAP Tərtər rayon təşkilatı
Hacıyev Etibar Cəfər oğlu – YAP Ağstafa rayon təşkilatı
Nağıyev Rüstəm Vaqif oğlu – YAP Gədəbəy rayon təşkilatı
Nəbiyev Anar Telman oğlu – YAP Qazax rayon təşkilatı
Vəliyev Fəxrəddin Vəli oğlu – YAP Şəmkir rayon təşkilatı
Pənahov Nihad Məmmədtağı oğlu – YAP Tovuz rayon təşkilatı
Balaqadaşov Məhəmməd Müslüm oğlu – YAP Xaçmaz rayon təşkilatı
Nəbizadə Fidan Nizami qızı – YAP Quba rayon təşkilatı
İbramxəlilov David Nurəddin oğlu – YAP Qusar rayon təşkilatı
Baxşıyev Samir Vadim oğlu – YAP Siyəzən rayon təşkilatı
Balabəyov Mehdi Eyyub oğlu – YAP Şabran rayon təşkilatı
Cəfərov Həbib Zərxan oğlu – YAP Astara rayon təşkilatı
Mirxaslı Mirsüleyman Mirismayıl oğlu – YAP Cəlilabad rayon təşkilatı
Mirzəyev Malik Soltanağa oğlu – YAP Lerik rayon təşkilatı
Əmənullayev İqbal Qabil oğlu – YAP Lənkəran şəhər təşkilatı
Əliyev Seyfəddin Abusət oğlu – YAP Masallı rayon təşkilatı
Alışov Anar Xalıq oğlu – YAP Yardımlı rayon təşkilatı
Yusubov Cavanşir Nəriman oğlu – YAP Mingəçevir şəhər təşkilatı
Rəcəbov Əlişah Rəcəb oğlu – YAP Ağdaş rayon təşkilatı
Şükürov Sahib Yunis oğlu – YAP Göyçay rayon təşkilatı
Cəbrayılov Ayaz Akif oğlu – YAP Kürdəmir rayon təşkilatı
Abdullayeva Şəhla Əhməd qızı – YAP Ucar rayon təşkilatı
Əliyev Rafiq Vaqif oğlu – YAP Yevlax rayon təşkilatı
Əliyev İlkin Böyükağa oğlu – YAP Zərdab rayon təşkilatı
Səfərov Müşfiq Arzuman oğlu – YAP Beyləqan rayon təşkilatı
Ağayev Səfa Malik oğlu – YAP İmişli rayon təşkilatı
Şıxəliyev Lütvəli İbrahim oğlu – YAP Saatlı rayon təşkilatı
Rüstəmov Varis Rüstəm oğlu – YAP Sabirabad rayon təşkilatı
Balayev Azad Rizvan oğlu – YAP Balakən rayon təşkilatı
Allahverdiyev Natiq Şükür oğlu – YAP Qax rayon təşkilatı
Ağasəfov Abil Adil oğlu – YAP Qəbələ rayon təşkilatı
Məhərrəmov Saleh Calal oğlu – YAP Oğuz rayon təşkilatı
Mikayılov Daşqın Gündüz oğlu – YAP Şəki şəhər təşkilatı
Qurbanov Habil Qurban oğlu – YAP Zaqatala rayon təşkilatı
Fərzəliyev Arif Aydın oğlu – YAP Cəbrayıl rayon təşkilatı
Misirov Həbib Məhərrəm oğlu – YAP Kəlbəcər rayon təşkilatı
Rüstəmov Təhmasib İbrahimxəlil oğlu – YAP Qubadlı rayon təşkilatı
İlyasov İlqar Süleyman oğlu – YAP Laçın rayon təşkilatı
Quluzadə Natiq Qurban oğlu – YAP Zəngilan rayon təşkilatı
Qəhrəmanov Zahir Məmmədyar oğlu – YAP Şirvan şəhər təşkilatı
Qurbanlı Kamil Məhəmməd oğlu – YAP Biləsuvar rayon təşkilatı
Əmirəslanov Elnur Mehman oğlu – YAP Hacıqabul rayon təşkilatı
Fərzəliyev Ülvi Cəlil oğlu – YAP Neftçala rayon təşkilatı
Əhmədov Elmar Ağakişi oğlu – YAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir