“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində biri uşaq olmaqla, 4 mülki şəxs həlak olub və 4 uşaq olmaqla 14 nəfər müki şəxs yaralanıb”.

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün (oktyabrın 27-də) Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”, – deyə H. Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir