Loading

Sirr deyil ki, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə dünyada baş verən geosiyasi hadisələr fonunda  enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə təsadüfi deyil. Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da  genişləndirməyi düşünür. Qaz ixracının artırılması üçün bütün potensial var. Azərbaycan TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarla  məsləhətləşmələr aparıb. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olar.  Göründüyü kimi, Azərbaycan hər zaman imzasına və sözünə sadiqdir. İkitərəfli və çoxtərəfli razılaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri dəqiq və vaxtında yerinə yetirir. Təbii ki, Azərbaycanın  bu yanaşmasında qarşı tərəfdən də gözləntiləri var. Bu cür mühüm məsələlərdə üzərinə götürülən öhdəliklərə qarşılıqlı şəkildə qərəzsiz yanaşma nümayiş etdirilməli, qəbul edilən qərarlar vaxtında reallaşdırılmalıdır. Artıq Azərbaycanın Avropanın düşdüyü çətin durumdan çıxmaq üçün üzərinə götürdüyü öhdəliklərini reallaşdırmasının ilkin nəticələri də statistik rəqəmlərdə özünü büruzə verir. Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektorunun işə düşməsindən sonra Bolqarıstanda qazın topdansatış qiyməti 34 faiz azalıb. Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır:

Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək.

 

Tural Abbasov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir