“2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub.”

Bizimneftcala.info xəbər verir ki, Bunu kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 26-da Salyanda “Pambıqçılıq-2022: qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində bildirib.

“Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda, aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə olunub”, – deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.