Loading

Paytaxt Bakımızın Azadlıq meydanında bir çox paradlar keçirilmişdir. Lakin Zəfər Paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Zəfər Paradı xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir. “Hərbi Qənimətlər Parkı” Zəfərimizin nümayişidir. Xalqımızın Şanlı qələbəsini əbədiləşdirmək, erməni vəhşiliyini həm dünyaya, həm də gələcək nəsillərə nümayiş etdirmək üçün bu park rəmzi məna daşıyır. Şübhəsiz, Qalib Azərbaycan xalqı  30-ilə yaxın işğal dövrünü, canını Vətənin bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizi, düşmən gülləsinin qurbanı olmuş mülki vətəndaşlarımızı heç vaxt unutmayacaq. XX əsrin əvvələrindən başlayaraq  qana susamış mənfur düşmənimiz ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası ilə azərbaycanlıların evinə, malına, mülkünə yiyələnmiş, onlara işgəncələr vermiş, öldürmüş və dədə-baba deportasiya etmişlər. Havadarlarının dəstəyi ilə daha da azğınlaşmış ermənilər “öz güclərinə”  əzəli torpağımız Qarabağı hissə-hissə işğal etməyə başlamışdılar. Böyük dövlətlərin oyuncağına çevrilmiş “arxalı” ermənilər Qarabağda   ermənipərəst Qorbaçovun dəstəyi ilə 366-cı motoatıcı divizyanın zirehli texnikasının gücünə Xocalını bir günün içərisində yerlə-yeksan etməsinə baxmayaraq, azərbaycanlıların iradəsini sındıra bilməmişdi. Nankorluqlarına görə başqa ölkələrdən  qovularaq Azərbaycana pənah gətirmiş, xalqımızın süfrəsinin qır-qırıntıları ilə qarın doyuzduran  yaltaq, ikiüzlü ermənilər havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini zəbt etmiş, 30 il qol-qanad açaraq Qarabağda at oynatmışdılar. Çox təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bağlı qətnamələri kağız üzərində qaldı. 1992-ci idə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan ATƏT-in Mİnsk qrupunun 30 illik “fəaliyyəti” sıfıra bərabər idi. Adı olan, fəaliyyəti olmayan bu qurumlar unutdular ki, hər bir azərbaycanlının ürəyində intiqam hissi durmadan alovlanır. Erməniləri silahlandıran dövlətlər status-kvonun uzanmasında, Azərbaycanda dinc əhalinin, o cümlədən körpələrin, qocaların məhv edilməsində, soyqırımların törədilməsində, mülki əhalinin qaçqın-köçkün vəziyyətinə salınmasında maraql oldular. İşğal olunmuş torpaqlarımızın  sülh yolu ilə geri qaytarılmasının mümkün olmayacağını görən Azərbaycan dövləti, onun qüdrətli Prezidenti, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunu sürətləndirmiş, peşəkar hərbiçilərin yetişməsinə imkanlar yaratmış, silah istehsalına başlamış və xarici ölkələrdən ən müasir silah-sursat alaraq Azərbaycan Ordusunu  güclü, yenilməz bir orduya  çevirmişdir. Güclü Azərbaycan Ordusunun yetişməsi  Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir. Azərbaycan xalqı İllərlə sülh yolu iləmünaqişənin həll edilməsinə, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına çalışsa da, ermənilər və havadarları buna məhəl qoymadılar. Bir yumruq kimi birləşmiş Azərbaycan xalqına, Azərbaycan Milli Ordusunun gücünə arxalanan  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Hücum” əmri, Azərbaycan xalqının çoxdan gözlədiyi an, qisasalma hissi ölkəmizdə böyük coşqu ilə qarşılandı. 27 sentyabr 2020-ci ildə “Zəfərə doğru əks-hücum” əməliyyatına başlanıldı. Qələbəyə doğru gedən  yolda vətənpərvər Azərbaycan gənclərinin şücaəti, mərdliyi, igidliyi, qəhrəmanlığı qürurverici, fəxredici idi. 30 il bundan əvvəl  doğma torpaqlarından, evlərindən  qundaqda, analarının örpəyinə bürünmüş, donvurmuş qaçqın, köçkün, didərgin düşmüş o körpələr bu gün əllərində silah şirə, aslana dönərək düşmən üzərinə nərə çəkdilər, “yenilməz erməni ordusunu” darmadağın etdilər. 44 günlük Vətən Müharibəsini  əfsanəyə dönmüş Şüşa döyüşü ilə başa vurdular, Zəfər yolunu fəth etdilər.Bütün Azərbaycana, Azərbaycansevər ölkələrə  Şanlı Qələbə  sevincini yaşatdılar. 44 günlük Zəfərə gedən yolda xalq öz “Dəmir Yumruq”lu Prezidenti İlham Əliyevə və Azərbaycanın Rəşadətli Ordusuna  dəstək oldu. İllərlə doğma sakinlərini gözləyən, küsgün, gülləri solmuş torpaqlarımıza  Şəhidlərimiz qan verdilər, can verdilər. Azərbaycan xalqı qalib xalq olaraq tarixə düşdü. İndi dövlətimizi qorumaq, quruculuq işlərini sürətləndirmək, xalqın rifah halını yaxşılaşdırmaq hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Sözü imzası qədər keçərli qalib Sərkərdə Cənab İlham Əliyevin praqmatik strategiyası, təklif və təşəbbüsləri dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli  və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilməz. Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa çalışan sapı özümüzdən olan Vətən xainləri düşmən ocağının külünü nə qədər üfürsələr də, daha alovlandıra bilməyəcəklər. Alınlarında xain damğası, boynubükük yad ölkələrdən ancaq Azərbaycana həsədlə boylanacaqlar. Bu gün Azərbaycanın düşmənləri birmənalı şəkildə bilməli və eşitməlidir: “Azərbaycan xalqı müharibə istəmir. Azərbaycan xalqı yalnız ərazi bütövlüyünü bərpa edir və bundan sonra da bu missiyasını davam etdirəcəkdir”.

 

Elmira Tağıyeva;

             Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir