Hər hansı qələbəni təmin etmək üçün ilk öncə səbr gərəkdir. Səbr tədqiqatçılıqdır. Buna sərf etdiyin müddət bitirici hədəfə istiqamətlənmiş olur. Və biz bunu bacardıq, səbr etdik, imkanlarımızı dəyətləndirdik, siyasətdə müəyyən manevrlərlə dövlətimizə sadiq dostlar qazandıq. Müharibədə qələbə yalnız silah-sursatla təmin edilmir. Müharibədə strategiya önəmlidir, milli birlik önəmlidir, iqtisadi potensial önəmlidir. Daim cəmiyyətimizdə belə bir fikirlə qarşılaşırdım, hətta bəzən mən də bu qənaətə gəlirdim ki, biz bir millət olaraq formalaşmamışıq. Hər halda bunu görmək üçün bir fəaliyyət də görməmişdik. Lakin 2020 ci il 27 sentyabr tarixi bütün bədbin düşüncələrin üstündən xətt çəkmiş oldu. Küçələr insanlarla dolu idi. Hər kəs milli mövqeyini ortaya qoymaq, sevincini paylaşmaq, vətənpərvərliyini göstərmək, mən bir millətəm demək üçün küçələrdə idi. Qələbəmiz həmin görüntülərdən bəlli idi. Məğlubiyyəti heç kəs fikirləşmirdi. Hər gün insanlar kütləvi informasiya vasitəsi ilə Prezidentimizin yeni şad xəbərini gözləyirdi. Müasir ordumuz cəmi 44 gün ərzində böyük uğura imza atdı. Şuşamızın azad edilməsi ilə düşəmən darmadağın edildi. Ordumuzun tarixi qələbəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Dost pis gündə tanınar deyiblər. Bu müharibə bizə dostumuzu düşməndən ayırmaq bacarığını aşıladı. Təhdidlər, hər cür siyasi şantajlarla üzləşsək də, müqəddəs işimizi davam etdirdik. Hal-hazırda Ermənistanın revanş düşüncədə olması onun bir dövlət kimi yox olmasına gətirib çıxara bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021ci il fevralın 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı yumruğunu düyünləyərək demişdir; ”Əgər kimsə revanşist fikirlərlə yaşayarsa, bax bu yumruğu görəcək, dəmir yumruq yerindədir, bizim səbrimizi sınamasınlar”. Heç şübhə yoxdur ki, o düyünlənmiş “Dəmir Yumruğu” bir dəfə görən düşmən çətin ki, bir daha oyanmaq istəyə..

Qardaş Qəfərov
Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir