Loading

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.Ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Əsrin Müqaviləsi” imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. “Əsrin müqaviləsi”nin reallaşdırılmasına başlanılması milli iqtisadiyyatımızın – müstəqil Azərbaycan iqtisadiyyatının formalaşması və dirçəldilməsinə ciddi töhfələr vermişdir. 20 sentyabr 1999-cu ildə Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə Ulu Öndər çıxışında bunları demişdir: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.”Ulu Öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkə iqtisadiyyatı sahələri arasında optimal nisbətin yaradılması çox vacibdir.Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.Müasir dövrdə Azərbaycanın milli iqtisadiyyatının inkişafında və şaxələndirilməsində Ulu Öndər tərəfindən möhkəm bünövrə üzərində yaradılmış milli iqtisadi inkişaf modelinin tarixi rolu danılmazdır. Bütün bunlar Heydər Əliyev dühasının dahiliyindən, onun çoxşaxəli fəaliyyətindən və dövlətçilik təfəkküründən formalaşmış və intensiv inkişaf edə bilmişdir. Azərbaycan xalqı və gələcək nəsillərimiz Ulu Öndərin bu xidmətlərini daim yüksək qiymətləndirəcək və onun xatirəsini böyük ehtiramla yad edəcəkdir.

 

Manafov İntiqam,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir