Loading

Ulu Öndər Heydər Əliyevin Respublika sarayında ” Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışından ( 20 sentyabr 1999-cu il)

“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Ümummilli liderin həddindən artıq gərgin əməyinin, qətiyyətinin və əzmkarlığının nəticəsində baş tutan yeni neft müqaviləsi Azərbaycanın həyatında tamamilə yeni mənzərənin açılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyev milli iqtisadiyyatın inkişafında neft strategiyasının rolunu belə dəyərləndirib: “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.”

Bu gün Ulu öndərin neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Məhz bu strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir ki, dövlətimizin iqtisadiyyatı möhkəmlənib. Hazırda Azərbaycan xalqı milli neft strategiyasının uğurlarının bəhrəsini görür. Azərbaycan regionun lider dövlətinə çevrilib. Həmçinin, ölkəmiz regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft strategiyası durur. Əlbəttə ki, neft strategiyasının təməl daşını məhz “Əsrin müqaviləsi” təşkil edir. Artıq əminliklə deyə bilərik ki, uğurlu neft strategiyasının təməl əsasında Azərbaycan iqtisadiyyatı ildən-ilə daha da sürətlə inkişaf edir.

 

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir