Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.

Əslən Neftçala rayonunsan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlar müraciət ediblər.

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: “Hüseyn özü də bizlə (Valideynləri ilə – Red.) danışıb, yaxşı olduğunu bildirdi”.

Qeyd edək ki, H. Abdullayev Mariupol Universitetinin 3-cü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb. / Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir