Rusiyada səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiya mətbuatına müsahibə verib.


BizimNeftcala.info
“Yeniavaz.com” a və “TASS”a istinadla xəbər verir ki, Rusiyalı jurnalist Ceyhun Bayramova Azərbaycan və Rusiya prezidentlərinin son telefon danışıqları barədə belə bir sual ünvanlayıb:
– Vladimir Putin və İlham Əliyev arasındakı son söhbət zamanı Ermənistana hərbi təchizat tədarükü mövzusu da müzakirə edildi. Xəbər verildiyi kimi, Azərbaycan tərəfi bununla bağlı narahatlığını dilə gətirdi. Hər iki ölkənin bu məsələ ilə bağlı müzakirəsi və qərarları barədə bizə nə deyə bilərsiniz? 
– Ermənistanın Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini ortaya çıxarır, münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir