Neftçala rayon Xəzər kənd sakini Bədəlov Cavid Rafiq oğlu Xırdalan şəhərində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: “Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür”.
Qeyd edək ki, Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.