Prezident İlham Əliyev aprelin 18-də Salyan və Neftçala rayonlarına səfərləri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahəsinbədə gündəmlə bağlı önəmli açıqlamalar verib. “İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”. Ermənistan hər zaman Cənubi Qafqazda təhlükə mənbəyidir. Buna görə də Ermənistan-Azərbaycan münasibətlərində sülhün əldə olunması artıq zərurətə çevrilib. Firimizcə, bütün rejim ölkələri bu sülhün yaranmasına çalışmalıdır. Çünki indiki məqamda sülhdən başqa alternativ yoxdur. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gecikir. Daha doğrusu bu prosesi Ermənistan məqsədli şəkildə gecikdirir. Azərbaycan sülh müqaviləsi üçün vacib olan bütün addımları atıb. Və bu addımlar konkretdir. Azərbaycan tərəfindən atılan addımlar əldə olunmuş razılaşmalara uyğundur. Lakin Ermənistan tərəfindən hər gün fərqli bəyanatlar verilir.Ermənistan hələ də anlamır ki, bu gün sülh yeganə yoludur. Artıq region ətrafında vəziyyət sülhə doğru inkişaf edir. Belə bir vəziyyətdə sülhdən qaçmağın Ermənistan üçün yaxşı nəticəsi olmayacaq. Buna görə də Ermənistan siyasi iradə nümayiş etdirərək öz mövqeyini ortaya qoymalıdır. Yəni sülhə gedən yolda bütün lazım olan addımları atmalıdır.Normallaşma prosesi ilə bağlı Ermənistan məsuliyyət daşıyır. Çünki Ermənistan bununla bağlı rəsmi sənədlər imzalayaraq üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirməlidir.Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi. Bu, tarixdə az görülmüş hal olmaqla yanaşı, eyni zamanda bizim humanistliyimizin göstəricisidir. Rəsmi İrəvan artıq bu humanistliyi qiymətləndirməlidir. Əks halda yenə ən çox zərər görən tərəf olacaq.
Nağıyev Tariel,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri