Çempionlar Liqasının final matçı keçirilib.

BİZİMNEFTCALA.İNFO -nun məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilən görüşdə Fransa PSJ-si ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib. Matç Münhen klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Bavariya” tarixində 6-cı dəfə turnirin qalibi olub. PSJ isə tarixində ilk dəfə ÇL-in kubokunu qazanmaq şansını itirib.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
Qol: Koman, 59
Baş hakim: Daniele Orsato (İtaliya)
“Estadio da Luş” stadionu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir