Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından iki il ötür.
Bizimneftcala.info xəbər verir ki, polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir