Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
Bizimneftcala.info Yeniavaz.com – a istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev saxlanılıb. E.Ağayevin üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
E.Agayev istintaqa narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyini etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.