Cari ilin 13 mart tarixi Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, ölkə rəhbərinin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü ilə yadda qaldı. Dövlət başçısının çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açıb. “Biz artıq Azərbaycanda təmsil olunur, Azərbaycan Beynəlxalq Bankı və “Paşa Bank” ilə əməkdaşlıq edirik. Biz böyük layihələri dəstəkləməyə hazırıq. Biz İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Almaniyanın ixrac agentlikləri arasında əməkdaşlığını təşviq etməyə hazırıq. Bizim ötən ilin oktyabrında Mərkəzi Bankın sədri Taleh Kazımovla da səmərəli görüşümüz oldu”-deyə “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanov bildirib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində ətrafdakı bəzi ölkələr “sanksiya biznesi”, yəni Rusiyaya sanksiyalardan yayınmağa imkan verən paralel idxalla məşğul olmağa başlayıb. İş adamının prezidentə Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə yeni imkanlar açmasını deməsi də buna işarə idi. Amma dövlət başçısı deyib ki, Azərbaycan bu işlə məşğul deyil: “Bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub – paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Prezident İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.
Aynurə Aslanova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri.