“Rusiyanın Ukraynaya təcavüzünün 28-ci gününə olan məlumata görə , 121 uşaq həlak olub, 167 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bizimneftcala.info
 xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Facebook” səhifəsində məlumat verilib .
Qeyd olunub ki, bundan başqa, düşmən atəşi nəticəsində 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar yararsız vəziyyətə düşüb:
“Bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq imkanı yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir