Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Bu inkişaf həm ölkənin, həm də tərəfdaş dövlətlərin bu gününün, sabahlarının iqtisadi sipəridir. Bu, dünya dövlətlərinin etimadı ilə nəticələnib. Ona görə ki, Azərbaycanda kifayət qədər etibarlı müfahizə və müdafiə sistemi mövcuddur. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.Postmünaqişə dövründə Azərbaycana marağın artması əsas reallıqlarımız sırasındadır. Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin 2023-cü il üzrə rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycana, dövlət başçımıza etimadın göstəricisidir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın iqtisadi inkişafının təmin edilməsini hədəfləyən beynəlxalq platformadır. Platformanın 2023-cü il toplantısında 150 ölkədən nümayəndə iştirak etdi.Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Bu zəngin potensialdan istifadə olunmasına artıq başlanılıb.Özünün enerjiyə olan tələbatını tam təmin edən Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji lahihələrini uğurlu sonluqla başa çatdıraraq dünyanın enerji xəritəsini yenidən tərtib edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan alternativ və bərpa olunan enerji potensialı ilə də Avropa məkanında önəmli faktora çevrilir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da eyd etdi ki, Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir.Ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin yaradılması qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Bu isə öz növbəsində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasına stimul verir.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri