Loading

Yanvar 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev Çin və Azərbaycan əməkdaşlığı üçün çox möhkəm siyasi platformanın qurulduğunu vurğuladı. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı mövcuddur, həmçinin hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bundan əlavə, Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Ölkəmiz Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Ölkə başçısı müsahibəsində bildirdi ki, Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələləri yerinə yetirərək nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini yaradıb.

Azərbaycanın ilk günlərdən fəal şəkildə qoşulduğu “Bir kəmər, bir yol” təşəbbüsü haqqında danışarkən Prezident cənab İlham Əliyev bildirdi ki, bu indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Ölkəmiz bu təşəbbüsə qoşulmaqla mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Belə ki, son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və 25 milyon tona qədər artırılması planlaşdırılıb. Ölkəmiz həmçinin Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu inşa edib. Hazırda “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırıb. Ölkəmizdə dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün ölkəmiz əlavə sərmayə yatırır. Nəticədə açıq dənizə çıxışı olmayan bir ölkə olan bu gün Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Həmçinin avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Bir sözlə, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər

Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev onu da açıqladı ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Ölkələrimiz bu səyləri birləşdirməlidirlər. Bərpaolunan enerji mənbələri ölkəmiz üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycan 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Ölkə başçısı cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır.

Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir. Müasir dünyada beynəlxalq əhəmiyyətli layihələri həyata keçirmək üçün isə siyasi iradənin olması çox mühüm əhəmiyyətə malikdir. Böyük iradə sahibi olan Prezident cənab İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirən siyasətçidir və həyata keçirdiyi siyasət nəticəyönümlüdür. Bu isə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanıdır. Müsahibəsində də Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa əsaslanır və ancaq əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.

 

Elnur Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir