Loading

İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.Birinci Qarabağ savaşında 488 nəfər, Vətən müharibəsində isə 35 nəfər şəhid verən Kəlbəcərin bir güllə atılmadan azad olunması cənab İlham Əliyevin əzəmətli diplomatiyasının bariz nümunəsi, uğurlu nəticəsidir. Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə – 136 kilometrlik bu sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli müqəddəs bayrağımızın dalğalanmasının həm də böyük rəmzi mənası, mühüm strateji əhəmiyyəti var.

25 noyabr 2020-ci ildən, Kəlbəcərin azadlığından ötən qısa müddət ərzində cənab Prezident Kəlbəcərdə müstəsna əhəmiyyətə malik olan o qədər böyük layihələr həyata keçirib ki, əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və uğurlu həyata başlayacaqlar. Möhtərəm İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində daim vurğulayır ki, dövlətin əsas vəzifələrindən biri də bu insanların öz doğma yurdlarına ləyaqətlə qayıtmalarına nail olmaqdır. Kəlbəcər camaatı tam əmindir ki, böyük Liderimiz bu missiyasını da tam miqyasında uğurla həyata keçirəcək.

Azərbaycan Prezidentinin şəxsi qətiyyəti və əzmi sayəsində işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Kəlbəcərdə çox qısa müddətdə quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib, bütün güclər, texniki imkanlar səfərbər olunub, maliyyə vəsaiti təmin edilib, müxtəlif sahələr üzrə kadr potensialı formalaşdırılıb, bir sözlə, hərtərəfli işlər sürətlə aparılır.

Dövlət başçısının birbaşa nəzarəti və rəhbərliyi altında həyata keçirilən infrastruktur layihələr Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olacağından xəbər verir.

Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmana əsasən, Kəlbəcər Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxildir və coğrafi baxımdan düzgün olan bu bölgü həm də ona imkan verəcək ki, rayonun iqtisadi potensialı daha dəqiq qiymətləndirilsin və sərmayələr buna uyğun yatırılsın. Kəlbəcər Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq.

“Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində deyib.

“Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”.

 

Ağaş Paşayev

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilat sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir