Loading

Otuz il əvvəl Azərbaycanın bir qrup ziyalısının Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərlik etməsi barədə müraciətinə Ümummilli lider Heydər Əliyevin müsbət cavab verməsi yenicə müstəqillik əldə etmiş, lakin naşı, xəyanətkar qüvvələrin əməlləri nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın inkişafının,  parlaq və uğurlu gələcəyinin əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 21 noyabr 1992-ci il tarixində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycana yeni nəfəs verdi. Faktdır ki, həmin dövrdə Azərbaycanda xaos, özbaşnalıq dövrü hökm sürürdü. İqtisadi tənəzzül, torpaqlarımızın işğalı, sənaye və aqrar sektorun iflic vəziyyəti insanların sosial rifah halının aşağı düşməsi və yoxsulluğun artması ilə nəticələnmişdi. Məhz bu ağır dövrdə vətənsevər insanların vahid bir ideya ətrafına birləşməsi Heydər Əliyevə olan inamın təzahürü idi. Bəli, xalqın inamı özünü doğrultdu. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan yenicə bərpa etdiyi müstəqilliyini qoruya və inkişaf etdirə bildi.  Ulu Öndər hər bir sahə ilə yanaşı bütün dünyada yaşayan azərbaycanlıların həmrəy olmasını da diqqətdə saxladı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən strategiyanı bu gün  onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev davam etdirir. Bir vətəndaş olaraq əminliklə deyə bilirəm ki, Ölkəmizin beynəlxalq miqyasda tanınması və böyük nüfuza sahib olması, qüdrətli dövlətə çevrilməsi, ölkə daxilində sabitlik və firavanlığın bərqərar olması, əhalinin rifah halının gündən-günə yaxşılaşması məhz Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və iqtidar – xalq həmrəyliyinin nəticəsidir. Bu həmrəylik, birlik 44 günlük Vətən Müharibəsi zamanı bir daha təsdiq olundu.  Azərbaycan xalqı yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq sözün əsl mənasında Dəmir Yumruq  Yumruq kimi birləşərək 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Düşmənin 30 illik işğalına son qoyuldu. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi ilə xalqımızın qürurunu qaytaran bu tarixi Qələbə bizləri Qalib ölkənin vətəndaşına çevirdi. Qürurlu Azərbaycan xalqı Qarabağ Zəfəri ilə Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara nail olacaq, Azərbaycanın hər zaman inkişafına, parlaq nailiyyətlərinə sevinəcəklər!

 

 

Kamran Zeynalov;

Neftçala rayon sakini, Vətən Müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir