Loading

İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv siyasət və məzhəbçi cihad əslində heç də yenilik deyil. Rəsmi Bakı müstəqilliyini qazandığı gündən etibarən faktiki olaraq İranın hədəfindədir.
İran molla rejimi Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları bu gün Azərbaycana da tətbiq etmək istəyir və bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır.
İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi isə heç şübhəsiz 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, üstəlik Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməzdi.
Artıq Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir. Məhz buna görə də bizim maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir.  Aydın məsələdir ki, İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir. Bunun üçün isə qadın, uşaq, qoca fərq etmədən bütün resurslarından istifadə etməyə hazırdır. İnsanların imanı ilə manipulya edən, bu istiqamətdə qadınları belə önə atan molla rejimi bir daha göstərir ki, onun öz  maraqları naminə edə bilməyəcəyi şey yoxdur.

Lakin İran unudur ki, Azərbaycan təkcə 10 milyon azərbaycanlının deyil, həm də 40 milyondan çox cənublu soydaşlarımızın vətənidir. Bu gün Cənubi Azərbaycanın şimalın dəstəyini istəməsi hər kəsə bəllidir. Amma Azərbaycan  heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarının qanının axmasına yol verməz. Bununla belə Cənubi Azərbaycan gec-tez öz müqəddəratını özü təyin edəcək. İran rəsmi Bakıya qarşı məzhəbçi destruktiv siyasətini davam etsə, bu proses gözləniləndən də tez olacaq. Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə isə şübhəsiz Azərbaycan səssiz qalmayacaq.

Vüqar Aslanov

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir