Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.

Bizimneftcala.info “Report” a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Quliyev Zərbəli Məmmədhüseyin oğlu həyat yoldaşı olan 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Daha sonra Z. Quliyev özünü kəndirlə asaraq intihar edib.

Hadisənin təfərrüatları Xəzər rayonu Prokurorluğunda araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.