Loading

Müasir dövrdə bəşəriyyəti düşündürən ən qlobal məsələlərdən biri insanların ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Çünki hər bir ölkənin sosial-iqtisadi sabitliyinin və insanların normal həyat səviyyəsinin əsas şərtlərindən biri məhz ərzaq təhlükəsizliyidir. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Ümummilli lider bu məsələnin vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdi.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Dövlət başçısı bütün çıxışlarında ərzaq təhlükəsizliyinin prioritet olduğunu bildirir və bu sahəhənin daima diqqət mərkəzində olduğunu vurğulayır.

Dövlət başçısının Almaniyaya səfəri çərçivəsində şirkət rəhbərləri ilə görüşü zamanı ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq qeyd etmişdir ki, “Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Məsələn, taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər. Dediyim kimi, təhlükəsizlik baxımından özümüzü tam təmin etməyə çalışmalıyıq.

Bu gün təchizat zəncirində fasilələr yaranır, hətta müqavilə bağlayıb ödəniş edilən məhsulları idxal etməkdə çətinlik yaranır. Biz bir neçə dəfə belə vəziyyətə düşmüşük. Yəni, ərzaq təhlükəsizliyi bir nömrəli məsələyə çevrilir. Suyun olması bunun üçün əsas meyardır. Hesab edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq edərək su ehtiyatlarının idarə olunması ilə bağlı strategiya hazırlaya bilərik. Bu sahədə bizə dəstək verə bilsəniz minnətdar olarıq”.

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının əməkdaşı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir