Nə qədər vüqarlıdır xalqımızın zəfər tarixindən danışmaq, vətən sərhədlərinin bütövlüyünü tarixdə qorumaq. Bu şərəfli tariximizi sevərək qoruyanlar ən ali məqama xidmət edənlərdir. Vətən sərhəddən başlayırsa, sərhəd də sevgi dolu könüllərdən qaynaqlanır, dirəklərinin dayanıqlığını, möhkəmliyini, əzəmətini yaşadır. Vətən sərhədlərinin necə qorunması dövlətin möhkəmliyinin, onun əzəmətinin, güclü ordusunun, vətənsevər övladlarının göstəricisidir. Azərbaycan xalqı tarix boyu öz haqq yolunda daim müntəzir, mübariz olub. Ayıq-sayıq, yurd haqqı deyərək qoruyub ocağını. Lakin xain qüvvələrin birləşmiş irticadan, məkrdən güc alan mənfur siyasəti, bəzi dönəmlərdə dədə-baba yurdlarımızdan soydaşlarımızın deportasiyasına, məcburi köçkünlüyünə səbəb olub. Lakin sərhədlərimizə təcavüz edərək torpaqlarımızı işğal edən xəyanətkar düşmənlərin çirkin niyyətləri bizi öz yolumuzdan çəkindirə bilmədi. Biz haqq yolumuzdan dönmədik. Bu da tariximizin ağrılı səhifələrindəndir ki, biz bu tarixləri qan yaddaşımız olaraq heç zaman unutmayacağıq. 44 gün davam edən Vətən Müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qəhrəman oğulların mətanəti, cəsarəti ilə düşmənə qalib gəldi. Bu haqq yolumuzda nə qədər vətən övladı geriyə baxmadı. “Hər şey vətən üçün” deyərək şəhid oldu, minlərlə mərd oğullar sağlamlığından keçdi. Bəli, biz vətənimizi qanımızla, canımızla qoruduq. Bu Vətən Müharibəsində arxa cəbhədən ordumuza olan dəstək, Cənab Prezidentimizə olan rəğbət və sevgi birliyimizin möhkəmliyindən xəbər verirdi. Biz birlikdə gücümüzə güc qata bildik. 30 ilə yaxın işğal altında olan torpaqlarımız, nigaran sərhəd dirəklərimiz qələbə sevincini hiss etdi. Biz haqq yolunda Qalib Xalq kimi beynəlxalq təşkilatların həyata keçirə bilmədiyi ədaləti bərpa etdik. Qarabağ Azərbaycan torpağıdır, tariximizdir, ocağımızdır. Bu daim, tarix boyu belə də olacaq, tanınacaqdır! Bu gün vətən sərhədlərinin delimitasiyası zərurətdir. O səbəbdən ki, 30 ilə yaxın bir zamanda mənfur siyasət, Ermənistanla Azərbaycan dövlət sərhədlərini həqiqi nizamından uzaqlaşdırmış, öz doğruluğunu itirmişdir. Sərhədlərimizin tarixi kökünə, məqamlarına uyğun bərpa etmək zərurəti qaçılmazdır. Dövlət sərhədlərinin delimitasiyası dedikdə, ölkəmizin qonşu dövlətlər arasında dövlət sərhəddinin ümumi nizamının və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi işi düşünülür. Bu işin daha tez zamanda həyata keçirilməsi planlaşdırılır. Bu haqda verilmiş bütün qərarlar dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin, xüsusi razılaşmalarının tərkib hisəsidir. Sərhədlərin delimitasiyası aparılan zaman, məyyən istiqamətlərdə razılığa gələn tərəflər bir xəritə üzərində işləyərək, yerdə iş aparılmadan sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar, bu müqavilənin özündə və ya içərisində müstəqil yeni bir maddə ona əlavə edilə bilər. Tərəflərin razılığa gəldiyi sazişdə göstərilən sərhəd xəttinin növqeyinə müvafiq, sərhəd delimitasiyası razılaşdırılmalarının ayrılmaz hissəsi, eyni zamanda açıq bir tərəfi kimi coğrafi xəritədə çəkilir. Onun hazırlanmasında növbəti mərhələ kimi xəritənin yerə çəkiməsi işi, demarkasiya həyata keçirilir. “Demarkasiya” termini daha çox Beynəlxalq kosmik hüquqda istifadə olunur. Biz sərhəd xəttinin dəqiqləşdiririlməsi işinin həyata keçirilməsində hər iki termin haqqında müyyən məlumatlar əldə edirik. Aydındır ki, onlardan delimitasiya dövlətin sərhədləri haqqında ilkin məlumatın təsdiq edilməsi, demarkasiya isə onun şəffaflıqla, yaradılmış komissiya ilə daha dəqiq müəyyənləşdirilməsidir. Fransız dilindən ayırma mənasını verən demarkasiya ifadəsi ikinci mərhələ kimi yerinə yetirilir və son təsdiqləmə kimi qeyd olunur. Bəzən demarkasiya sözü məğlub olan ölkənin ərazisini işğal zonalarına ayıran xətt kimi də başa düşülür. Bu gün dövlətimiz qalib ölkə olaraq sərhədlərimizin delimitasiyası prossesini həyata keçirir. Bu iş sonuncu dəfə ötən əsrin 70-ci illərində həyata keçirilib. Bu gün Azərbacan dövləti ilə Ermənistan arasında sərhədlərin delimitasiya prosesinin həyata keçirilməsi çox vacib məsələdir. Baxmayaraq ki, Ermənistan daxilində bəzi irticaçı qüvvələr bu işlərin layiqli şəkilədə həyata keçirilməsinə mane olur, biz qalib ölkə olaraq birmənalı şəkildə sərhədlərimizin dəqiqləşdirilməsi işində qətiyyətli, tariximizin tələbi, dədə-babalarımızın vəsiyyəti ilə vacib olanı həyata keçirəcəyik. Qarabağ Azərbaycandır! Bu tarixən belə olmuş, gələn bütün zamanlarda da belə olaraq qalacaqdır!

Bədirə Niftaliyeva;
Neftçala rayon ziyalısı, ədib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir