Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı Minsk qrupunun artıq pensiyaya çıxdığını və faktiki olaraq mövcud olmadığını qeyd etdi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun fəaliyyətinin nəticəsi sıfra bərabər oldu. Göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Ermənistan, Azərbaycanla sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışmış və son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir. ATƏT-in Minsk qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi Madrid prinsipləridir. Bu layihədə ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddaratını həll etmək müddəası da öz əksini tapırdı. Azərbaycan isə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb. Demək olar ki, fəaliyyət göstərdiyi dövrdə heç bir iz qoymayan formal bir quruma cevrilmiş bu təşkilat münaqişənin həllində heç bir irəliləyiş əldə edə bilmədi. Fəaliyyəti dövründə ATƏT-in Minsk qrupu münaqişənin uzadılmasına çalışmış, status-kvonu ermənistanın xeyirinə saxlamaqla məşğul olmuş, heç bir əməli iş görməmişdir. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu – qəhrəman əsgərlərimiz yüksək döyüş qabiliyyəti, əzmi, vətən sevgisi və düşmənə nifrəti sayəsində 30 il işğal altında qalan torpaqlarımızın azad olunmasına nail oldu. Hansı ki, bu məsələlərə Minsk qrupu son qoymalı idi. Azərbaycan üçün, cənab Prezident İlham Əliyevin dediyi kimi Qarabağın statusu məsələsi mövcud deyil, Artıq reallıq dəyişib.Ermənistan rəhbərliyi də, xalqı da bu gerçəkliyi qəbul etməyə məcburdur. Bütün bunlar cənab prezidentin istər döyüş meydanında, istərsədə siyasi arenada göstərdiyi qətiyyətin nəticəsidir ki, Azərbaycan artıq masada qalib tərəf kimi öz şərtlərini istəklərini irəli sürür.
Nəriman Məcidov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü