Loading

Fransanın indiki rəhbərliyi əvvəlki prezidentlərin müəyyən balanslı münasibətinin üstündən xətt çəkdi: “Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb.Fransanın Azərbaycana qarşı ədalətsiz siyasətini uzun illərdir görürük. Ölkə hakimiyyəti erməni lobbisinin diqtəsi ilə hərəkət edir. Makronun sonuncu qərəzli mövqeyi Praqada imzalanan razılaşmaya kölgə saldı. Bir daha məlum oldu ki, Fransa öz imzasına hörmət etmir. 2020-ci ilin noyabrında separatçıların “tanınması” ilə bağlı qətnamə qəbul olunub. Bu dəfə növbəti belə bir qətnamə bir qədər fərqli formada gündəliyə gətrilə bilər. Senatın istənilən qərarı Azərbaycanın Qarabağla bağlı mövqeyinə təsir etməyəcək. Ancaq Azərbaycan-Fransa əlaqələrinə ciddi təsir edəcək. Fransanın Cənubi Qafqazda mövqeyini zəiflədəcək. Azərbaycan regionda aparıcı geoiqtisadi layihələr həyata keçirən ölkədir və bununla bağlı Parisin atdığı əks addımlar Fransanın özünə qarşı çevriləcək. Azərbaycan diolomatik müstəvidə belə qərarların qəbulunu önləmək üçün səylərini artırmalıdır. Senatın qətnamə qəbul etməsinə Fransa hökuməti yaşıl işıq yandırıb. Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyinə təsir edə bilməyəcək. Son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüququn prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədalətli mövqedən çıxış etsin. Bir neçə gündən sonra 2 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının ikinci ildönümü olacaq. Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik.

Aynurə Aslanova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir