Loading

⁣“Azəravtoyol” ASC-nin icraçılığı ilə uzunluğu 14 km olan Bankə – Yenikənd – Şirvanlı yoluna ( Neftçala Yenikənd Nərə Balıq artırma zavodu istiqamətində) yeni asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri görülür.

BizimNeftcala.info xəbər verir ki, Hal-hazırda yolun 6,5 km hissəsində asfalt örtüyün çəkilməsi üçün bütün lazımi tədbirlər görülüb, qalan 7,5 km-lik isə hazırlıq işləri davam etdirilir. Yaxın günlərdə yolun 6,5 km-lik hissəsinə asfalt örtüyün çəkilməsinə başlanılacaqdır. Bu yoldan Bankə qəsəbə, Yenikənd kənd və Şirvanlı kənd sakinləri rahatlıqla istifadə edəcəklər.⠀

Əlavə olaraq qeyd edək ki, Neftçala Yenikənd Nərə Balıq artırma zavodu əsaslı təmir- bərpa işlərindən sonra istifadəyə veriləcəkdir.

One thought on “Neftçalanın daha bir neçə yaşayış məntəqəsinə asfalt yol örtüyünün çəkilməsinə başlanılıb.”
  1. Salam, Neftçala rayonu Xolqarabucaq kəndinin yolları bərbad vəziyyətdədir, daha dəqiq desəm Şorsulu-Xəzərkənd yolu bir neçə ildirki təmirə ehtiyacı var, xaiş edirəm bizim yolu da nəzərinizdə saxlayasınız..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir