Salyan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizimneftcala.info “Report” a istinadən xəbər verir ki, hadisə şəhərin X.R Ulutürk prospektində qeydə alınıb.

Salyan şəhər sakini, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Vasif qızı yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir