Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi, Neftçala rayon Gənclər və İdman İdarəsi, Neftçala Rayon Təhsil Şöbəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə “GƏNC SHOW” layihəsinə start verilib.
Layihənin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün və hazırcavablığının artırılması, onların estetik səviyyəsinin inkişaf etdirilməsi, eyni zamanda istedadlarının aşkar olunması üçün əlverişli şəraitin yaradılması və gənclərin incəsənət sahəsində qabiliyyətlərinin stimullaşdırımasından ibarətdir.
Layihə çərçivəsində 5 seçim turunda olmaqla, ümumilikdə 30-a yaxın komanda mübarizə aparacaq. Seçim turlarının yekununda peşəkar münsiflər heyətinin qiymətləndirmələri əsasında ən çox xal toplayan 7 komanda isə öz güclərini bir daha final mərhələsində yoxlayacaqlar.
“GƏNC SHOW” – şən və hazırcavablar klubu” Neftçala rayon liqasının I seçim turu artıq geridə qalıb. Komandalar – “Komandaların təqdimatı”, “Musiqi və rəqs ifası”, “TrendSƏN”, “Reklamlar” və “Tamaşa” nömrələri əsasında öz çıxışlarını nümayiş etdiriblər. Gərgin keçən mübarizənin sonunda “Ulduzlar” komandası 286 xal, “Səkkizdə səkkiz” komandası 268 xal, “Vətən” komandası 237 xal, “Muğan” komandası 212 xal, “Xarı bülbül” komandası isə 172 xal toplayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.