Loading

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev doğum günü münasibətilə Vətən Müharibəsi Qazisi Kainat Qurbanova baş çəkib . Cəngən kənd Ərazi Partiya təşkilatının sədr müavini Fərqanə Ağalarova tərəfindən təşkil olunmuş görüşdə YAP Neftçala rayon təşkilatının aparat işçiləri, Neftçala Rayonu üzrə Təhsil Sektorunun müdiri Vüqar Dadaşov, Cəngən kənd Ərazi Partiya təşkilatının fəal üzvləri iştirak ediblər.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək Kainat Qurbanovu rayon təşkilatı adından təbrik etmiş, onun haqqında xoş arzularını bildirmişdir.

Sonra Cəngən kənd Ərazi Partiya təşkilatının sədr müavini Fərqanə Ağalarova Kainat Qurbanov haqqında öz xoş sözlərini bildirərək onun qəhrəmanlıqları barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.

Görüşdə çıxış edənlər də həmçinin səslənən bütün təbriklərə və arzulara qoşularaq qazi Kainat Qurbanova bundan sonrakı həyatında uğurlar arzulamışdılar.

Sonda Kainat Qurbanov çıxış edərək şəhid ailələrinə və qazilərə yüksək qiymət verildiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, görüşün təşkil olunmasında isə YAP Neftçala rayon təşkilatına və Cəngən kənd Ərazi Partiya təşkilatına öz təşəkkürünü, eyni zamanda görüş iştirakçılarına haqqında söylədikləri xoş sözlər və səmimi arzulara görə minnətdarlığını bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir