Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi baş tutub.

Bizimneftcala.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev brifinqdə çıxış edib. O,çıxışı zamanı bildirib ki, sentyarın 1-dən bir çox iaşə obyektlərində “covid” posportu tələb olunacaq.

“Yoxlanışlar vətəndaşların üzərində olan covid pasportu və ya şəxsiyyət vəsiqəsi vasitəsilə olacaq. Vətəndaşlardan xahişimiz budur ki, pasport tələb olunan məkanlara yaxınlaşan zaman “Covid” pasportları üzərlərində olsun. Bu, kağız və ya telefonda şəkil formasında da ola bilər. Vətəndaşlar hər hansısa problemlə üzləşərlərsə, 9108 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər”,- deyə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir