Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

BizimNeftcala.info xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun “Qarabağ”ın inamlı qələbəsi ilə başa çatıb – 4:0.

Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci raunda yüksəlib.

Qeyd edək ki, “Qarabağ” 2-ci turda “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 25-26-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.