Müğənni Pərvin Səfərov da könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçib.

BizimNeftcala.info-ya danışan ifaçı bildirib ki, hər an döyüşlərdə iştirak etməyə hazırdır: “2003-2005-ci illərdə ön cəbhədə hərbi xidmətdə olub, öz xidməti borcumu yerinə yetirmişəm. Ölkə prezidenti İlham Əliyevin çağırışına səs verərək, mən də yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatından keçdim. Vətənim, dövlətim üçün hər an döyüşməyə, xidmət göstərməyə hazıram”.

Pərvin Səfərov orduya yazılan bəzi həmkarlarını özlərini reklam etməkdə günahlandırıb: “Hər kəsə məlumdur ki, bəziləri zamanında heç hərbi xidmətdə iştirak etməyib, müxtəlif yollarla bundan yayınıblar. Amma indi özlərini reklam etmək üçün qeydiyyatdan keçirlər”.

Qeyd edək ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.
Rəsmi məlumata görə 38 minə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Onların arasında məşhurlar, şou-biznes nümayəndələri də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir