Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlar və onların nəticələri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək qiymətləndirilir, Azərbaycanın nüfuzunu artırır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasət, əsas hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik strategiya, verilən qərarlar ölkəmizin iqtisadi, siyasi nüfuzunu artırmaqla yanaşı, regionda və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təminində ölkəmizin iştirakını, mövqeyini daha da gücləndirir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.Çıxışı zamanı Prezident İlham Əliyev: “Xəzərin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.Quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur” deyə bildirmişdir.
“Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik”.
Cənubi Qafqaz regionunda 21-ci əsrin ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Ölkəmiz eyni zamanda sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Güclü dövlətimizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir.Beləliklə birmənalı olaraq vurğulanmalıdır ki, Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir.Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Qürur hissi ilə söyləmək olar ki, bu gün Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişmişdir.
Əlifağa İskəndərli,
YAP Neftçala rayon təşkilatının fəal üzvü