Loading

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdə respublikamızla əməkdaşlıq münasibətləri olan dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunulub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bir çox məqamlara toxunub. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam etməsindən danışıb. Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.

Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesində tərəf tutmadan, ədalətli yanaşması da təqdirəlayiq addımlardandır. İrəli sürdüyü 5 prinsiplə Ermənistanı sülhə çağıran Azərbaycan dünyaya bir daha nümayiş etdirdi ki, tarixən sülhün, təhlükəsizliyin tərəfdarıdır.

Avropa İttifaqının Avropa Siyasi Birliyinin Zirvə Toplantısında, mühüm mesajların verildiyi 44 ölkə liderinin iştirak etdiyi mühüm tədbirdə Azərbaycan-Türkiyə qardaşlığının zəfər təntənəsi də diqqət mərkəzində oldu.

Ramil Salmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir