Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

BizimNeftcala.info MAYAKİNFO – ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən rayonun Bankə qəsəbə sakini Anar Məmmədov saxlanılıb. Axtarış zamanı A.Məmmədovun üzərindəki “LLAMA” markalı tapança və həmin silaha aid sandıqça aşkarlanaraq götürülüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.