Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından istifadə edilməsi ilə gündəmə gələn Elvin Zeynalov açıqlama verib.
“Vətən müharibəsi başlayan zaman 2020-ci ilin oktyabrın 5-də könüllü olaraq döyüşlərə qatılmışam. Mən tank komandiri, manga komandiri olmuşam, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşlərdə olmuşam”.
E.Zeynalov qeyd edib ki, Daşaltı istiqamətlərində yaralanıb:
“Nəticədə kəllə-beyin travması almışam. Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə almışam. Məndə Hərbi Həkim Komisiyyasının qərarı var ki, Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşlərdə travma almışam”.
O döyüşlərdə iştirak etməsi barədə sənədləri təqdim edib.