Loading

Bu gün  İtaliya Azərbaycanın Avropada ən yaxın enerji vəstrateji tərəfdaşlarından biridir. Ölkələr arasında strateji tərəfdaşlığa dair iki mühüm sənəd imzalanıb. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi Azərbaycan və İtaliyanın birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Təsadüfi deyil ki, bu günlərdə təməli qoyulan Azərbaycanın müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının tikintisində İtaliya şirkətləri də iştirak edəcəkdir. Bu stansiyanın tiknitisində Azərbaycanın məqsədi təkcə ölkənin daxili bazarını enerji ilə təmin etmək deyil. Hökumət hasil olunan enerjinin xaricə ixracını artırmaq, eləcə də bu layihədən sonra qənaət edilən qaz həcmlərini də xaricə ixrac etmək niyyətindədir. Yeni stansiyanın tikintisi və gələcəkdə fəaliyyətə başlaması Azərbaycanın xaricə enerji ixracçısı kimi rolunu artırmalıdır.

İtaliya yalnız enerji layihələrində deyil, Azərbaycanı Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə də dəstəkləyib və dəstəkləyir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qətnamələrin qəbuluna imkan verməyən ölkələrdən biri məhz İtaliyadır. Təsadüfi deyil ki, həm müharibə dövründə, həm də ondan sonra Ermənistan mətbuatı, erməni lobbisi İtaliya hakimiyyətinə qarşı təbliğat kampaniyaları təşkil etmişdilər.

Pərviz Hacıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir