XX əsrin əvvəllərindən fərqli olaraq, XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi.Azərbaycan xalqı iki yüz il həsrətlə arzuladığı milli dövlətçiliyinə qovuşdu,qanlı imperiyanın caynaqları birdəfəlik çəkilib getdi. Hərçənd 1918-20-ci illərdəki analoji basqılar,ultimatumlar,təxribatlar və xəyanətlər 1993-95-ci illərdə də vardı. Bu iki oxşar situasiyalardakı fərq-əsasən dövlət idarəçiliyinin sükanı arxasında dayanan şəxsiyyətlərdə idi. İndiki halda yalnız Heydər Əliyevin titanik zəhməti,gərgin əməyi və fenomenal bacarığı sayəsində mənfur düşməni dəf etmək,ölkənin müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.Çünki Azərbaycanın indiki rəhbəri siyasi səriştə baxımından düşmən tərəfin rəhbərlərindən daha yetkin,daha ağıllı,daha iradəli və məharətli idi.Və bu ağıl,bu iradə,bu məharət hesabına respublikamız dalbadal bir-neçə faciəli situasiyalardan qurtuldu,təhlükəli böhran halları aradan qaldırıldı.
Məhz ölkə rəhbərinin şəxsi nüfuzu müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasına,azad,demokratik,suveren dövlət kimi dünya birliyinə sürətli inteqrasiyasına şərait yaratdı.Cəmiyyətdə sabitlik bərqərar oldu,atəşkəsdən səmərəli istifadə edilərək ölkə toparlandı,milli ordu quruldu,uzun illər boyu nizamla işləyəcək dövlət mexanizminin,müasir hökumət modelinin əsasları yaradıldı.Ən başlıcası-bu dövləti,bu hökuməti idarə edəcək səriştəli,elmi əsaslara dayaqlanan zəngin kadr potensialı üzə şıxarıldı…
Azərbaycan tarixində heç bir dövlət xadiminə müyəssər olmayan çox nəhəng quruculuq işlərinin müəllifi Heydər Əliyevin imzası tarixin şərəfli səhifələrinə belə həkk olunmuşdur. Məhz bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti,müzəffər ordumuzun gücü sayəsində əldə etdiyimiz tarixi qələbədir.
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü,Zəfər qazandı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.Biz otuz illik torpaq həsrətimizə qələbə müjdəsi ilə son qoyduq.
Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı.Ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı.Uzunillər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır.Bütün dünya gördü ki, Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır.
Vətənin bütövlüyü,torpağlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq və tarixdə əbədi qalacaq.
Gülrux Nağıyeva
YAP Neftçala rayon təşkilatı
Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının üzvü