12 dekabr tarixindən başlayaraq QHT-nın nümayəndələri, könüllülər torpaqlarımızda mənfur düşmən tərəfindən aparılan ekoloji terrora qarşı çıxaraq aksiya təşkil ediblər. Şuşa-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismar edilməsinə qarşı etiraz aksiyasına toplaşıblar. Şuşadan Xankndinə gedən yol aksiya iştirakçılarının irəliləməsinə mane olan “sülhməramlı” hərbçilər tərəfindən bağlanılmışdır. Adları “sülhməramlı” olsa da, məramı, niyyətləri sülhdənkənar olan rus hərbçiləri onların irəliləməsinə mane olur, müxtəlif əngəllərlə onların tələblərinə cavab verməkdən imtina edirlər. Tələblər çox sadədir: Ətraf mühitin qorunması məqsədilə ərazidə monitorinq keçirmək, torpaqlrımızın qeyri-qanuni istismarına yol verməmək! Aksiya iştirakçıları torpaqlarımıza getmək, irəliləmək, qanunla Azərbaycan ərazisi olan yerlərdə baş verən hadisələri izləmək istəyirlər. Rus hərbiçilərinin rəhbəri olan Andrey Volkovla görüşmək, birbaşa suallarını ünvanlamaq hər bir Azərbaycan vətəndaşının hüququdur. Bu torpaqlar Azərbaycan ərazisidir. Tarix boyu yurdumuza yalnız qazanc məqsədi, talançılıq istəyi ilə baxanlar isə buna açıq əngəl törədir, hadisəni qeyri real formada göstərməyə çalşırlar. Bu hərəkətləri, münasibətləri ilə nə demək istəyirlər? Niyə görə dinc, silahsız insanları postda saxlayıblar, ağır texnikanı daha da artrır, əliyalın insanların qarşısına avtomatla çıxırlar. Əraziyə ağır texnika gətirirlər… Müşahidə etdikcə torpaqlarımızın bu mənfurlar üçün nə qədər əhəmiyyət kəsb etdiyini aydın görürük. Bir el məsəlində deyildiyi kimi: “Yersiz gəldi, yerli qaç!” Bu gün artıq beş gündür ki, soydaşlarımız, QHT nümayəndələri, könüllülər Rus “sülhməramlı”larının komandiri Andrey Volkovun niyə belə münasibət göstərməsinə cavab verməsini tələb edirlər. Lakin “sülhməramlı” niyyəti ilə təyin olunan komandir yoxdur! Rus hərbçiləri öz tərəflərində səsgücləndirici yerləşdirərək sanki aksiya iştirakçılarının maraqlarına, tələblərinə biganəyik deməyə çalışırlar… Bu dözülməzdir! Bir xalqın hiddətinə səbəb olaraq onların öz yurdunda suallarına, tələblərinə cavab verməmək ən adi halda mədəniyyətsizlikdir! Daha aydın şəkildə desək terrorçulara dəstəyəm deməkdir! Lakin A.Volkov hələ ki, bu görüşdən yayınır. Artıq beş gündür yorulmaq bilməyən aksiya iştirakçıları, media nümayəndələri iddialı şəkildə ərazidə çadırlar quraraq öz tələblərinə cavab istəyirlər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN – in inzibati binasında diplomatik korpusla görüş zamanı bildirib ki, “Sizi Şuşa-Laçın yolundakı son vəziyyət, real vəziyyət barədə məlumatlandırmaq istəyirik. Çünki lazımsız propaqanda və yanlış məlumatların yayıldığını görürük. İşğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resusrsları qanunsuz şəkildə istismar olunub və bu indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur. “Biz “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların “Qızılbulaq”da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır” Bu gün Azərbaycan torpaqlarında “sülhməramlı”adı ilə fəaliyyət göstərən, 10 noyabr bəyanatına əsasən yerləşən rus hərbçiləri açıq-aşkar Vətənimizə qarşı laqeyd, biganə, torpaqlarımızın talan edilməsinə göz yuman, terrorçulara dəstək ola bilən “silahlı” kimi görünür. Onların tez bir zamanda ərazilərimizdən çıxarlması vacibdir. Səbəb odur ki, onlar dövlətimizə qarşı xəyanətkar bir mövqe seçiblər. Çörəyimizi yeyən düşmən olur, xain kəsilir bu millətə…
Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Bu gün bir vətəndaş olaraq, Azərbaycan övladı olaraq aksiya iştirakçılarının haqlı mövqeyini dəstəkləyiəm. Onlara bu soyuq, şaxtalı hava şəraitində mətanət, rus əsgərinin laqeyid münasibəti qarşısında dözümlü olmağa səsləyirəm. Hər şey Vətən üçün. Biz birlik olduqca bütün çətinliklərə qalib gələcəyik. Birlikdə də bu yolun uğurla başa çatmasında səylə çalışacağıq. Torpaqlarımızı talan edən kim olursa olsun, hansı millətin, dövlətin nümayəndəsi olursa olsun – bizim üçün talançı, vandal, terrorçudur. Rədd olsun saxta bəyanatlar, saxta masalar, saxta müqavilələr. 30 ildə onları çox gördük, çox da izlədik. Artıq güvənmirik! Vətənimizə qarşı qanunsuz olan bütün hərəkətlərə yox deyirik! Qarabağ Azərbaycandır! Bunu doğru, düzgün, hüquqi əsaslarla anlamaq istəməyənlər rədd olsunlar torpaqlarımızdan! Torpağımızı talan edənlər, onların çirkin oğurluğuna dəstək olanlar cəzalandırılmalıdır!
Bədirə Niftaliyeva,
Neftçala rayon sakini, ziyalı, publisist