Loading

11 noyabr 2022-ci il tarixdə Özbəkistanın paytaxtı Səmərqənd şəhərində baş tutan Zirvə toplantısı çox mühüm əlamətdar hadisələrlə yadda qaldı. Keçirilən görüşün ən yadda qalan məqamlarından biri o idi ki, artıq quruma üzv olan türk dövlətlərinin liderləri təşkilatın fəaliyyətinin yeni bir məhsuldar mərhələyə keçdiyini bəyan etdilər. Ölkə başçısı cənab İlham Əliyev toplantşda geniş nitq söyləyərək Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbədən, tarixi Zəfərdən sonra ötən 2 il ərzində işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən söz açmış və Türk Tövlətləri Təşkilatına üzv olan dövlət liderlərini həmin ərazilərə səfər etməyə və həmin ərazilərdə düşmənin törətdiyi talançılıq əməlləri ilə yerindəcə tanış olmağa dəvət etmişdir. Ölkə başçısı çıxışında həmçinin qeyd etmişdir ki, bu gün işğaldan azad edilmiş rayonlarımızda aparılan yenidənqurma işlərində qardaş Tükiyənin  tikinti şirkətlərinin yaxından iştirak etdiyini vurğulamış, Qazaxıstan və Özbəkistanın da aparılan abadlıq quruculuq işlərindəki töhfələrini yüksək qiymətləndirmişdir. Son günlər dünya dövlətləri arasından mövcud münasibətlərin durumunu nəzərə alsaq,  Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısının tarixən möhkəm bağlılıq münasibətlərinə malik Türk Dövlətlərinin iqtisadi–siyasi əlaqələrinin daha da möhkəmləndirilməsi yönümündə çox vacib toplantı kimi qəbul edilməlidir. Bir vacib məqamı da vurğulamaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı ilk dəfə 2009-cu ildə Ölkə Başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində yaradılmışdır. Həmin vaxt qurum Türk Şurası kimi adlandırılırdı. Sonradan Türkiyədə keçirilən növbəti görüş zamanı qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı kimi adlandırılmağa başladı. Təşkilat ona üzv olan dövlətlərin iqtisadi-siyasi bağlılığını möhkəmləndirməklə yanaşı, həm də xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsində yeni bir mərhələyə keçid rolunu oynamaqdadır. Prezident İlham Əliyev Səmərqənd görüşü zamanı bütün dünya dövlətlərinə bir daha bəyan etdi ki, bu gün hələ də dünyada 40 milyona yaxın azərbaycanlı üçün öz dilində nə yazmaq, nə də danışmaq imkanları yaradılmayıb. Bu rəqəmin böyük bir hissəsi-30 milyondan çoxu İran İslam Respublikasının tərkibində yaşayan Azərbaycan türkləridir. Ölkə başçısı yüksək ali kürsüdən etdiyi çıxışı zamanı bütün türk dünyasına, ümumilikdə dünya dövlətlərinə yaranmış bu acı mənzərəyəə biganə qalmamağı, problemin kökündən həll edilməsində əməli prosesə başlanılmasının vaxtının çatdığını duyurmuşdur.

 

 Vüqar Aslanov;

          Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir