Bu gün səhər saatlarında Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizimneftcala.info-nun məlumatına görə, 1997-ci il təvəllüdlü Zeynalov Hüseynəli Vaqif oğlu noyabrın 16-da səhər saatlarında paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsində, “Neolit” şadlıq sarayının qarşısında avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Zeynalov Hüseynəli Vətən Müharibəsi iştirakçısıdır və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Mərhum yaşayıb , boya-başa çatdığı Neftçala rayonu Qaçaqkənd kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir