“Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək, üzərimizə düşən işləri görməyə çalışırıq”.
BizimNeftçala.info 
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, bölgədə regional əlaqələr üçün yeni fürsətlər ortaya çıxıb:
“İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur dəhlizi vasitəsilə əlaqə üçün yeni fürsətlər ortaya çıxıb. Bu, Qafqazdakı normallaşma üçün də həyati əhəmiyyət daşıyır”
Çavuşoğlu həmçinin bildirib ki, Orta Asiya keçmişdə böyük dövlətlərin uğrunda rəqabət apardığı bölgə olub:
“Həmin prosesin təkrarlanmasına icazə verilməməlidir. Bölgənin bir-birinə bağlı bir iqtisadi sistemə ehtiyacı var. Bunun tək yolu inkişaf etmiş kommunikasiya ilə regional əməkdaşlığı qurmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir